birvitrin biznes

Mağaza profilini doldurmaq

Ad, loqo, iş qrafiki və xəritə — vitrində mağazanız belə görünür.

Yenilənib: 8 oktyabr 2026

Mağaza profili həm çeklərdə, həm də birvitrin.az-dakı mağaza səhifənizdə görünür. Onu Tənzimləmələr → Ümumi bölməsində doldurun.

  • Ad və şüar — vitrində mağaza adının altında görünür.
  • Loqo — dairəvi kəsilir, çeklərdə və zəmanət talonunda da istifadə olunur.
  • İş qrafiki — hər gün üçün açılış və bağlanış saatı. Vitrində “Açıqdır” nişanı buna görə göstərilir.
  • Xəritə — mağazanın yerini qeyd edin ki, alıcı asanlıqla tapsın.

Bu məqalə kömək etdi?

Təşəkkürlər! Rəyiniz bizə vacibdir.

Cavab tapmadınız?

Dəstək komandamız iş saatlarında kömək edir.