birvitrin biznes
Haqqımızda

Mağaza sahibinin gündəlik işini sadələşdiririk

birvitrin telefon və elektronika mağazalarının real ehtiyaclarından doğulub: IMEI, işlənmiş alış, nisyə, zəmanət və alıcı tapmaq.

Hekayəmiz

Bir dəftər, üç proqram və WhatsApp qrupları əvəzinə — bir sistem

Telefon mağazalarında iş adətən belə gedir: IMEI-lər dəftərə yazılır, borclar telefonun qeydlərində saxlanılır, elanlar ayrıca saytlara əl ilə yerləşdirilir, zəmanət talonu isə kağızda itir.

birvitrin bu dağınıqlığı bir yerə yığır. Kassa, anbar, maliyyə və əməkdaşlar bir paneldə idarə olunur, anbardakı mallar isə avtomatik olaraq birvitrin.az vitrininə çıxır. Alıcılar mağazanı tapır, mağaza da vaxtını satışa sərf edir.

Kassa

Anbar

Maliyyə

Vitrin

Dəyərlərimiz

Necə işləyirik

Sürət

Satış, alış, axtarış — hər əməliyyat saniyələr çəkməlidir. Skaner, qısayollar və avtomatik doldurma bunun üçündür.

Sizin dilinizdə

Proqram tam Azərbaycan dilindədir və yerli mağazaların terminologiyası ilə danışır: nisyə, BU alış, təhvil.

Etibar

Hər mağazanın məlumatı yalnız özünə görünür. Şəxsi sənədlər qapalı saxlanılır, girişlər qeydə alınır.

SV

Hazırlayan

SVAM MMC

birvitrin platforması SVAM MMC tərəfindən hazırlanır və dəstəklənir.

www.svam.az
Qoşulma sorğusu

Mağazanızı birvitrin-ə köçürün

Sorğu göndərin — zəng edib hesabınızı açaq. İlk 30 gün pulsuzdur.

Təşəkkür edirik!

Qoşulma sorğusu

Formu doldurun — mütəxəssisimiz zəng edib mağazanızı birlikdə quraq.

Sizinlə necə əlaqə saxlayaq?

Göndərməklə məxfilik siyasəti ilə razılaşırsınız.